10 ildən sonra Misirdən Türkiyəyə ilk yüksək səviyyəli səfər

10 ildən sonra Misirdən Türkiyəyə ilk yüksək səviyyəli səfər
Yayınlanma tarixi: 27.02.2023 13:56:53

Misirin xarici işlər naziri Sameh Şukri bu gün Türkiyədə rəsmi səfərdə olacaq.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki bu barədə Xarici İşlər Nazirliyindən məlumat yayılıb. Bildirilir ki, Misirin xarici işlər naziri Sameh Şukri Kahramanmaraşda baş verən zəlzələlərdən sonra həmrəylik nümayiş etdirmək və başsağlı vermək üçün 27 fevral 2023-cü il tarixində Türkiyedə səfərdə olacaq. Şükri Türkiyeyə səfəri çərçivəsində başda Adana olmaqla Misirdən yardım gəmisinin gələcəyi Mersin limanına baş çəkəcək. Qonaq nazirin təmasları çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirəcəyi də gözlənilir.

GÜNÜN MANŞETLERİ