Yaponiyada pilotsuz aerotaksi aparatının ilk uçuş testi keçirilib.
İslamazeri.com "Technote"yə istinadən xəbər verir ki, Çinin EHang şirkəti özünün EH216 adlı pilotsuz aerotaksi aparatının Yaponiyada sərnişinlərin iştirakı ilə ilk uçuş testini reallaşdırdığını elan edib.
İki nəfər sərnişin üçün nəzərdə tutulmuş EH216 uçuş aparatı test uçuşu çərçivəsində 30 metr hündürlükdə iki nəfər sərnişini daşıyıb. Sərnişinlərin iştirakı ilə reallaşdrıılmış ilk test uçuşu 3.5 dəqiqə çəkib.
Uçuş zamanı sərnişinlər dəniz mənzərəsini seyr ediblər. Yaponiyada EHang şirkətinin maraqlarını xüsusi yaradılmış MASC adlı konsorsium təmsil edir.
Yaponiyanın kütləvi informasiya vasitələrində EHang şirkətinin aerotaksi aparatlarının uçuşları barəsində məlumatlar verilən zaman bu layihənin Çindən olduğu məlumatı qeyd edilmir.