Sisilə görüşdən məmnunam, növbədə Suriyadır - Ərdoğan

Sisilə görüşdən məmnunam, növbədə Suriyadır - Ərdoğan
Yayınlanma tarixi: 28.11.2022 11:00:38

Ərdoğan Türkiyənin Körfəz ölkələri ilə incikliyini mənfəətə çevirmək istəyənlərin olduğunu bildirib

İslamazeri.com xəbər verir ki,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misir prezidenti Əbdülfəttah Sisi ilə 45 dəqiqə görüş keçirdiyini, hər iki tərəfin bu görüşdən məmnun olduğunu deyib. O bu görüşdən sonra növbədə Suriyanın olduğunu da önə çəkib.

“Cənab Sisi ilə yarım saat 45 dəqiqə görüş keçirdik. “İndi nazirlərimiz gediş-gəlişlərə başlasınlar, sonra danışıqlarımızı genişləndirək və inkişaf etdirək, bizim məqsədimiz bu küskünlüğün aradan qaldırılmasıdır. Aralıq dənizində  Türkiyə-Misir arasında belə bir problem olmamalıdır” dedik. Çox fərqli şeylərdən danışdıq. Daha sonra aldığım məlumat və xəbərlər çərçivəsində Sisinin bu görüşdən çox məmnun olduğunu öyrəndim, biz də məmnunluğumuzu çatdırdıq. İndi proses başladı, nazirlərimizlə bir proses davam edir. Misir xalqı ilə Türkiyə arasındakı əlaqələr çox fərqlidir, Aralıq dənizindəki bu gücü başqalarına qarşısında itirməməliyik. Yunanıstanın bu gücü əldə etməməlidir. Onun üçün yaxşı inkişaf olacağına inanıram.”, – Ərdoğan deyib.

Ərdoğan Türkiyənin Körfəz ölkələri ilə incikliyini mənfəətə çevirmək istəyənlərin olduğunu da bildirib: “Bunlar düzələndə oyunlar pozdu. Onların arasında Birləşmiş Ərəb Əmirlikləri də var. İndi bizim Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərimiz yaxşı vəziyyətdədir. Daha da yaxşı olacaq. Bu, açıq-aydın bəzi dairələri narahat edir. Növbədə Suriya dayanır. Siyasətdə küsmək olmaz”.

GÜNÜN MANŞETLERİ