Bakıda daha iki yolda sürət həddi endirilib

Bakıda daha iki yolda sürət həddi endirilib
Yayınlanma tarixi: 5.04.2023 14:24:46

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bakıda daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.

Bu barədə "İslamazeri.com"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saat-a, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.

Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələri xahiş edilir.

GÜNÜN MANŞETLERİ