Ayətullah Behcət: Hansı üzlə İmam Zamanı (ə) görmək istəyirik?!

Ayətullah Behcət: Hansı üzlə İmam Zamanı (ə) görmək istəyirik?!
Yayınlanma tarixi: 21.12.2022 12:53:11

İslamazeri.com-un "Din" rubrikasından...

Sual: İmam Zamanı (ə) görmək, onunla görüşmək üçün bir yol varmı?

Cavab: Bəziləri İmam Zamanı (ə) görmək üçün zikr və virdlə məşğul olur, Quran xətm edirlər. O Həzrəti (ə) görməyə niyə bu qədər israr edirsiniz? Siz çalışın, Həzrətə (ə) olan etiqadınız artsın, onu özünüzdən razı salmağa səy edin. Əgər özümüzü Allahın hüzurunda, Onun "görən gözləri" qarşısında bilsək, hansı üzlə Həzrəti (ə) görmək üçün icazə istəyərik? Halbuki, onun bizdən istədiklərinin əksini edirik: Namazı, orucu tərk edir, qeybət və xoşagəlməz işlər görürük. Bəlkə istəyirik ki, bizə desinlər: "Haramları sizə halal etdik, vacibatı da öhdənizdən götürdük?!".

Demək istədiyim budur ki, kaş o Həzrətlə (ə) əlaqəmizin qorunması Allaha bəndəlik yolu ilə olardı!

Mənbə: "Ayətullah Behcətin hüzurunda", səh. 32

GÜNÜN MANŞETLERİ