EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:02.03.2019 12:09:37

"Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir."

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Xalq artisti Zeynəb Xanlarovanın prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı çıxışına münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, məşhur pianoçu müğənninin “Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən danışın” - deməsinə belə reaksiya verib:

“Bu görüşə görə dərin minnətdarlığımı bildirmək istərdim. Burada əyləşənlərin hamısı, bütün yaradıcılıq ittifaqları sizi bir il bundan qabaq filarmoniyada dəstəkləyiblər. Mən bacım Zeynəblə razı ola bilmərəm. Nəyə görə, Zeynəb? Firəngiz xanım da ( Xalq artisti Firəngiz Əlizadə - red.), Anar da (Xalq yazıçısı Anar Rzayev - red.) böyük ittifaqların sədrləridir.

Onların min dərdi var. Onlar özləri üçün heç bir şey xahiş etmirlər. Camaatın dərdi var, onlara qulaq asmaq lazımdır. Ona görə də 90 illiyini qeyd edən bəstəkarımız 1991-ci ildə Abxaziyadan lüt gəldi. Mən onu işə qəbul etdim. Bütün ailə Azərbaycan üçün işləyir. Ona görə mən Firəngiz xanımı alqışlayıram və dəstəkləyirəm”.


“Zeynəb, camaatın dərdi var, onlara qulaq asmaq lazımdır” - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ramil Usubov polis rəisini vəzifəsindən azad etdi - FOTO
    Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.
     26.05.2019
    Gürcüstan XİN: “David Qareci yaxınlığında mühəndislik işləri aparılan ərazi Azərbaycanın sərhədləri daxilindədir”
    David Qareci yaxınlığındakı mühəndislik işləri aparılan ərazi Azərbaycanın öz sərhədləri daxilindədir.
     26.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ