EURO 1,855 TRY 0,2759
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:28.01.2020 13:31:00

Trampın müdafiə komandası prezidentin Ukraynaya hərbi yardımı saxlamasının bir sıra əsaslı səbəbləri olduğunu bildirib.

İslamazeri.com "Voa"ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trumpın vəkilləri bazar ertəsi Senatda impiçment məhkəməsində onun müdafiəsini davam etdirir. Prezidentin komandası isə keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun öz yeni kitabında Trampın impiçment məhkəməsində müdafiəsinin əsas məqamlarından birini zəiflətdiyinə görə ona qarşı çıxır.

"The New York Times" qəzetinin bazar günü verdiyi məlumata görə, keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton öz kitabında qeyd edib ki, Tramp ona keçmiş vitse-prezident Co Bayden və onun oğlu daxil olmaqla barələrində istintaqa kömək edilənə qədər Ukraynaya yüz milyonlarla dollarlıq təhlükəsizlik yardımını yubandırmaq istədiyini deyib.

Trampın müdafiə komandası prezidentin Ukraynaya hərbi yardımı saxlamasının bir sıra əsaslı səbəbləri olduğunu bildirib.

Tramp bazar ertəsi Twitter səhifəsində yazdığı mesajında Boltonun fikirlərini rədd edib.

"Mən heç vaxt Con Boltona Ukraynaya yardımın Baydenlər də daxil olmaqla, demokratlarla bağlı təhqiqatla əlaqəli olduğunu deməmişəm. Əslində o, işdən çıxarıldıqda ictimai şəkildə bu barədə heç vaxt şikayət etməmişdi. Əgər Con Bolton bunu söyləyibsə, o zaman onun məqsədi kitab satmaqdır" - deyə, Tramp bildirib.

Öz nöbəsində Boltonun vəkili bildirib ki, kitabın əlyazması baxılmaq üçün bir ay əvvəldən Təhlükəsizlik Şurasına göndərilib.

Nümayəndələr Palatasının Senatda prezident Trampın impiçment məhkəməsində prokuror kimi çıxış üzvləri Boltonun şahid olaraq çağırılmasını təmin etmək üçün bəyanat verərək bildiriblər ki, o, məhkəməni " həyat əhəmiyyətli məlumatlarla təmin edə bilər".

"Bizim impiçment araşdırmamız zamanı prezident cənab Boltonun ifadəsi verməsi haqda müraciətimizi blok etdi. İndi bunun səbəbini görürük. Çünki prezident ifadələrin nə qədər dağıdıcı olacağını bilir və verilən məlumata görə, Ağ Evdə nəzərdən keçirilmək üçün onun əlyazmasının bir nüsxəsi var. Prezident Trampın ört-basdır edilməsinə son qoyulmalıdır " - deyə, Demokratlar bildirir.

Qeyd edək ki, İranın XİN başçısı Zərif dəfələrlə Trampa "B" qrupu ilə bağlı xəbərdarlıq edirdi. O bu qrupun Trampın İranla müharibəyə çəkilməsinə diqqət çəkirdi. Trampı bu qrupun onu çətin duruma soxacağına işarə etmişdi.

Zərif "B" qrupu dedikdə Benyamin Netanyahu, Muhəmməd bin Salman, Muhəmməd bin Zaid və Con Boltonu nəzərdə tuturdu.


Zərifin "B qrupu"nun amerikalı üzvü Con Boltondan Trampa zərbə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İskəndər Həmidov dünyasını dəyişdi
    Xalq Cəbhəsi hökumətindəki daxili işlər naziri olmuş İskəndər Həmidov vəfat etdi.
     26.02.2020
    Serj Sarkisyan korrupsiya ittihamı ilə mühakimə olunur
    Sarkisyan tərəfdarlarının siyasi sifarişli hesab etdiyi korrupsiya iddiası üzrə məhkəmə qarşısına çıxarılıb.
     26.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ