1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:05.08.2019 14:15:29

"Amerika prezidenti ilə görüş təklifini qəbul etməsəm, iki həftə ərzində sanksiya ediləcəyəm."

"Amerika prezidenti ilə görüş təklifini qəbul etməsəm, iki həftə ərzində sanksiya ediləcəyəm."

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu sözləri İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif keçirdiyi mətbuat konfansında deyib.

Məhəmməd Cavad Zərif bu gün bir mətbuat konfransında bildirib ki,  amerikalılar söz azadlığı iddiası ilə çıxış etsələr də ona inanmırlar. O, qeyd edib ki, müzakirə və diplomatiya heç vaxt bitməyəcək və o, öz fəaliyyətlərini davam etdirəcəkdir.

Zərif həmçinin bildirib ki, zorakılıq, fövqəlqüdrətlik və hegemonçuluq diskursu dövrü başa çatıb.

"Amerika hətta başqaları üçün supergüclük rolunu oynadığı sahələrdə belə, koalisiya yarada bilmir və ölkələr bir-birilərinin ardınca adlarının bir siyahıda Amerikanın kənarında olmasından xəcalət çəkirlər.", -deyə Zərif əlavə edib.

İranın xarici işlər naziri həmçinin bildirib ki, günahsız Amerika xalqı silahdan istifadə, quldurluq, zorakılıq və zorakılıq hakimiyyəti mədəniyyətinə məruz qalıb. 

"Müharibədən masa üzərindəki bir seçim kimi söhbət edən bir mədəniyyət uğur qazanmayacaq və əgər Amerika qanun pozmaqdan əl çəkərsə, bütün problemlər həll olacaqdır.", - İran XİN rəhbəri bildirib.

Zərif habelə Amerikanın nüvə anlaşmasından çıxmasına və avropalıların öz öhdəliklərinin icrasındakı sədaqətsizliklərinə işarə edərək deyib: " İran nüvə anlaşması çərçivəsində üçüncü addımı atacaq və bu addım nüvə anlaşmasından çıxmaq demək deyildir."


Zərif: Trampla görüşü rədd etdim, sanksiyaya məruz qaldım

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ