1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:20.07.2020 12:30:58

İraqlı həmkarı ilə mətbuat konfransında çıxış edən İran XİN başçısı terror təhlükəsinin mövcudluğunu bildirib.

İslamazeri.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, iraqlı həmkarı ilə mətbuat konfransında çıxış edən İran XİN başçısı Məhəmməd Cavad Zərif region üçün terror təhlükəsinin mövcudluğunu bildirib.

Zərif bildirib ki, “ABŞ-ın Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndis və onları müşahidə edən şəxslərə qarşı terror aktı regionun təhlükəsizliyinə böyük zərər vurdu” və İran və İraq “bu cinayəti araşdırmaq və bütün günahkarları cəzalandırmaq üçün birlikdə işləyir”.

Bundan başqa, o deyib ki, iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmət prinsipinə əsaslanır və qeyd edib ki, ölkələr arasındakı iqtisadi əlaqələr hər iki ölkənin maraqları çərçivəsində inkişaf etməlidir.

Zərif həmçinin əlavə edib ki, İraq XİN başçısı Fuad Hüseynlə görüşdə gəmiçilik, su sərhədləri və iki ölkənin dəmir yollarının birləşdirilməsini də müzakirə edib.

“İki ölkənin iqtisadi potensialı, istər energetika sahəsində, istərsə də ticarət sahəsində, koronavirusa baxmayaraq, iki ölkənin inkişafı üçün istifadə edilə bilər və biz bu yaxşı münasibətləri davam etdirmək fikrində tam qətiyik”, - deyə o iranlı nazir qeyd edib.

İraqlı nazir də bəyan edib ki, iranlı həmkarı ilə iki ölkə arasındakı iqtisadi münasibətlər barədə danışılıb və Zərif vurğulayıb ki, “güclü İraq regionun gücü” deməkdir.

Fuad Hüseyn əlavə edib ki, iki ölkə arasındakı ticari mübadilələrin bir hissəsi koronavirus pandemiyası və sərhədlərin qapadılması səbəbi ilə müvəqqəti ziyan görüb, lakin görüşdə bildirilib ki, epidemiyaya baxmayaraq, iki ölkə arasındakı ticari əlaqələr davam etdirilir.


Zərif: "Güclü İraq reqionun gücü deməkdir" - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
    Azərbaycan Müdafiə Nazirlyi bu barədə məlumat yayıb
     25.11.2020
    Ermənistanın təcavüzü nəticəsində həlak olmuş mülki şəxslər şəhid hesab olunur
    Müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ