EURO 1,9474 NEFT 76,31
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:09.08.2018 15:54:21

"Dünya ABŞ-ın anti-İran sanksiyalarına qoşulmaq istəmir"

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri Muhəmməd Cavad Zərif dünyanın ABŞ-ın anti-İran sanksiyalarına qoşulmaq istəmədiyinə işarə edərək bildirib ki, bu gün müxtəlif ölkələr bu sanksiyalara müqavimət göstərməyə çalışırlar.

Zərif qeyd edib ki, Donald Trampın İrana təzyiqə və İranla danışıqlara dair bəyanatlarına heç kəs fikir vermir.

Amerikalılar heç vaxt İranla danışıqlar məsələsində səmimi olmayıblar. Trampın İranla danışıqların keçirilməsinə dair təklifi isə piar-kampaniyasıdır”, - deyə o bəyan edib.

İranlı nazir aydınlıq gətirib ki, Trampın məhz İran xalqı ilə düşmənçilik etdiyi göstərən amillərdən biri onun ilk olaraq təyyarələrə qarşı sanskiyaları bərpa etməsidir.

İranın Avropa ilə Hərtərəfli Birgə Fəaliyyət Planına (HBFP) dair danışıqlar və Avropanın indiyədək gördüyü tədbirlərlə bağlı isə Zərif deyib ki, avropalılar siyasi iradələrini göstərməklə yanaşı, HBFP-nın qüvvədə qalması üçün hərəkət etməlidirlər.

Xatırladaq ki, ABŞ İranın nüvə proqramına dair HBFP sazişindən çıxaraq anti-İran sanksiyalarını bərpa edib.


Zərif: Amerikalılar heç vaxt İranla danışıqlar məsələsində səmimi olmayıblar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Çin dünyanın ən uzun dəniz körpüsünü istifadəyə verdi
    Dünyanın ən uzun dəniz körpüsü istifadəyə verildi.
     23.10.2018
    Zərif: Həm neftimizi satarıq, həm də iqtisadiyyatımızı qoruyarıq
    Zərif İranın mövcud şərtlərdə həm neftini sata biləcək və həm də iqtisadiyyatını qoruya biləcək gücdə olduğunu vurğulayıb.
     23.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ