1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:07.02.2019 01:02:16

Cavad Zərif ABŞ Prezidenti Donald Trampın Konqresdəki çıxışında İran haqqındakı sözlərinə reaksiya göstərib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampın Konqresdəki çıxışında İran haqqındakı sözlərinə reaksiya göstərib.

İslamazeri.com xəbər verir ki, Cavad Zərif "Twitter" hesabında göstərdiyi reaksiyada, ABŞ-ın bütün düşməncəsinə mövqeyi, düşmənçilikləri və təzyiqlərinə baxmayaraq, İran xalqının İslam inqilabının 40-cı qələbə yubileyini qeyd etməkdə olduqlarını bildirib.

Nazir Zərif ABŞ-ın düşmənçiliyinin bu ölkənin Yaxın Şərq regionundakı diktatorları, qəssabları və yalnız dağıdıb məhv edən radikalları dəstəkləməsinə səbəb olduğunu bildirib.

ABŞ Prezidenti Tramp çərşənbə günü ABŞ Konqresindəki iki illik çıxışında, daim "Rədd olsun Amerika" deyən bir ölkədən gözünü ayırmadığını və İran xalqına qarşı ən ağır sanksiyaları tətbiq etdiklərini bildirib.


Zərif: ABŞ-ın düşmənçiliyi onun regiondakı diktatorları, qəssabları və radikalları dəstəkləməsinə səbəb olur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Bakıda müsəlmanlar kilsəyə axın etdi - Foto
    Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Müqəddəs Məryəmin Məsum Hamiləliyi Kilsəsini ziyarət ediblər.
     23.04.2019
    Nigeriyada polis 11 nəfəri öldürdü - SƏBƏB
    Hadisənin Qombe ştatında baş verdiyi qeyd edilir.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ