EURO 1,955 NEFT 78,94
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:22.09.2018 14:16:16

"Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik."

Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən İslamazeri.com-a verilən məlumata görə, başsağlığında deyilir: “Müqədəs Müdafiə həftəsi”nin başlanması münasibətilə dost İran İslam Respublikasının Xuzestan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi paradda törədilmiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm”.


Zakir Həsənov İran Ordusuna başsağlığı verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə rejiminin Qaşıqçı təlaşı
    Səudiyyə xanədanlığının Qaşıqçı cinayəti səbəbilə təlaşlandığı bildirilir.
     18.10.2018
    General Səlami: Düşmən İran qarşısında məğlub olma dərsini öyrənib
    İran Sipahi Ordusu ikinci komandanı general Hüseyn Səlami düşmənin uğursuz və məğlub olma dərsini çox yaxşı öyrəndiyini bildirib.
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ