Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:12.03.2020 13:39:11

İtaliyanın "Yuventus" futbol klubunun müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub.

Sputnik-ə istinadən bu haqda xəbər verir.

Məlumata görə, Turin şəhərinin təmsilçisinin saytı bildirib ki,  futbolçunun koronavirus testinin nəticəsi müsbət olub.

Oyunçunun xəstəliyi hazırda asimptomatik olaraq davam edir. "Yuventus" qanunun tələbinə uyğun olaraq Ruqanini təcrid etmək, o cümlədən oyunçu ilə təmasda olmuş hər bir kəsin şəxsiyyətini müəyyənləşdirmək üçün bütün prosedurları həyata keçirir.

25 yaşlı Ruqani cari mövsümdə "Yuventus"un heyətində yeddi oyun keçirib. İtaliya yığmasının heyətində də o, yeddi dəfə meydana çıxıb.

Bu arada İtaliya koronavirusun yayılmasına görə Avropada birinci yeri tutur. Çərşənbə axşamı açıqlanan son rəsmi məlumatlara görə, ölkədə koronavirusdan daha 196 nəfər dünyasını dəyişib. Beləliklə, İtaliyada "COVID-19" qurbanlarının sayı 827-ə çatıb. Yoluxmuş 12462 nəfərdən 1045-i sağalıb.

Çərşənbə günü İtaliyanın Baş naziri Cüzeppe Konte koronavirusun yayılmasına qarşı mübarizə üçün yeni tədbirlərin tətbiq olunduğunu açıqlayıb. Belə ki, zəruri mallar satan mağazalar və apteklər istisna olmaqla, bütün ticarət fəaliyyəti dayandırılıb.

Cons Hopkins Universitetinin (Johns Hopkins University) bu səhərə olan məlumatına görə, dünya üzrə koronavirusa 126 258 nəfər yoluxub, 4 638 nəfər xəstəlikdən dünyasını dəyişib, 68 266 nəfər sağalıb.

Koronavirus altı qitədə 116 ölkənin ərazisində yayılıb. Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" - korona, "VI" - virus, "D" - xəstəlik (ingiliscə - disease), "19" - yaranma ili) adlanır.


Yuventusun müdafiəçisi koronavirusa yoluxdu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xavi
    Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandes İspaniya "Barselona"sının sükanı arxasına keçəcək.
     28.10.2021
    Hakerlər İsrailin gizli məlumatlarını internetə yaydı
    Kiber hücuma məruz qalan İsrail rejiminin yüzlərlə hərbçisinin fərdi məlumatları sosial mediaya sızdırılıb.
     28.10.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ