EURO 1,8722 TRY 0,2967
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:12.05.2019 05:26:59

İslamazeri.com-un "Din" rubrikasından

İslamazeri.com-un "Din" rubrikasından: Yusif Peyğəmbərə şahidlik edən körpənin qəziyyəsini Dini ədəbiyyatdan, ən azı ölkəmizdə də ekranlara çıxan filmdən məlumatı olan çoxdur.  Lakin o uşaq haqqında (böyüdükdən sonra) məlumat daha sonra elə də çox deyil. Kitablarda o uşağın Züleyxanın yanındakı qadınlardan və ya qulluqçulardan birinin uşağı olduğu qeyd edilir. Əhlisünnə mənbələrində isə şahidin uşaq olması az mənbələrdə rast gəlinir.

Kumeyl duasının şərhi kitabında Yusif Peyğəmbərin ona şahidlik edən körpənin illər sonra qarşılanması haqqında qısa məlumat var. Kitabda qeyd  olunur: "Təfsirlərdə nəql olunur ki, Yusif padşahlıq taxtına çıxdıqdan sonra xalqın vəziyyətinin yaxşılaşması, insanların tərbiyəsi, ədalətə məhəbbətin yaradılması barədə düşünməyə başladı. Cəbrail nazil olub bildirdi ki, sənə vəzir lazımdır. Dedi ki, sabah sübh taxtından durub hərəkət et və qarşına çıxan ilk insanı vəzir məqamına oturt. (islamazeri)

Səhəri gün Yusif arıq, çöhrəsi solğun bir şəxslə rastlaşdı. Düşündü ki, bu şəxs vəzirlik yükünə tab gətirə bilməz. Bu şəxsin yanından ötüb keçmək istədiyi vaxt Cəbrail nazil olub dedi: “Onu seç, çünki sənin boynunda onun haqqı vardır. O, sənin günahsızlığına şəhadət verən şəxsdir...”

Kitabda vurğulanan əsas mətləb isə Allahın rəhməti olduğundan müəllif yazır: "Əgər bir dəfə Yusifin günahsızlığına şəhadət verən şəxs bu məqama qaldırılırsa, bir ömür Allahın təkliyinə şahid durmuş bəndə ilə pis rəftar oluna bilərmi?! Bəli, kimsədə Allahın rəhmətini dərk etməyə qüvvə yoxdur!"

Başqa rəvayətlərdə isə, Yusif Peyğəmbərin (s) o uşağı illər sonra kasıb vəziyyətdə gördüyü və ona çoxlu hədiyyə və var dövlət verdiyi də önə çəkilir.

Filmdən o hissə:


Yusif Peyğəmbərin (ə) kiçik şahidi illər sonra...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müxalifət ümid edir ki, bəyan edilmiş üç yerdən birində mitinq keçirilməsinə icazə veriləcək
    Milli Şura sentyabrın 28-də mitinqə hazırlaşır və ümid edir ki, hakimiyyət bəyan edilmiş üç yerdən birində mitinq keçirməyə icazə verəcək.
     17.09.2019
    Balakəndə naməlum xəstəliyin aşkarlanması haqda Nazirlik təkzib AÇIQLAMAsı yaydı
    Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
     17.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ