1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:26.05.2020 15:41:22

On il davam edən maliyyə böhranından son bir-iki ildir çıxan və koronavirus səbəbindən iqtisadiyyatı donan Yunanıstan turizmə ümid edir

İslamazeri.com Voa-ya istinadən xəbər verir ki, iqtisadiyyatı əsasən turizmdən asılı olan Yunanıstan koronavirus məhdudiyyətlərinin tədricən qaldırılması çərçivəsində xarici qonaqları cəlb etmək üçün bazar ertəsi kafe və restoranların açılmasına icazə verib.

On il davam edən maliyyə böhranından son bir-iki ildir çıxan və koronavirus səbəbindən iqtisadiyyatı demək olar ki, tamamilə dayanan ölkə böhrandan turizm sayəsində çıxa biləcəyinə ümid edir.

Masaların bir-birindən uzaq məsafədə yerləşdirildiyi restoran və kafelərdə maskalı ofisiantlar təxminən iki ay təcrid vəziyyətində olan və nəhayət yemək və bir fincan qəhvə içmək istəyən çox sayda yunana xidmət göstərib.

"Biz bunun üçün darıxmışıq. Bu bizim üçün psixoloji terapiyadır. Əlbətdə, bu çox vacibdir" - deyə, Afinadakı kafelərdən birindəki Katerina Stravaridi bildirir.

Bu günə qədər ölkədə COVID-19-a yalnız 2.878 yoluxma, 171 ölüm halı qeydə alınıb. Bu rəqəmlər digər Avropa Birliyi ölkələri ilə müqayisədə xeyli azdır, belə ki, buna Yunanıstanın mart ayında ümummilli təcridi çox tez bir zamanda tətbiq etməsi səbəb olub.

“Yunanıstan açıq və təhlükəsizdir. Bura hər bir insanın tətil zamanı sağlamlığını təmin edə biləcəyi bir yerdir " - deyə, Afina şəhərinin meri Kostas Bakoyannis bildirib.

Bütün Yunan adalarına səyahətlər bazar ertəsindən bərpa edilib. Bərələrdən istifadə edən sərnişinlərin sayı 50 faizə endirilib. Ölkə iyun ayının 1-dən mehmanxanaları da açmağı planlaşdırır.


Yunanıstanda kafe və restoranların açılmasına icazə verilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ