EURO 2,0859 NEFT 69,33
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.09.2017 11:36:53

Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsi bağlanıb.

Zaqatala şəhərinin girişindəki Tala çayı üzərindəki körpünün əsaslı təmiri ilə əlaqədar ötən gün axşam saatlarından yolda hərəkət məhdudlaşdırılıb.

Balakən və əks istiqamətdə hərəkət edən yüngül tonnajlı (16 tonadək) avtomobillər digər körpüdən istifadə edəcək. Ağır tonnajlı yük avtomobilləri üçün isə həmin körpünün yanında çaydan yol açılıb.

14 saylı Yol İstismar İdarəsinin müdiri Mövlud Qəhrəmanov bildirib ki, təmirə bağlanan körpü 1967-ci ildə istifadəyə verilib. Körpünün uzunluğu 132 metr, eni 7 metrdir. Təmirdən sonra körpüdə hərəkət zolağının eni 10 metr, piyada zolaqları isə 3 metr təşkil edəcək. Qrafik əsasında körpüdə aparılan təmir işlərinin 20 gün müddətinə başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bu məqsədlə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 24,6 milyon manat ayrılıb.

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi magistral yolunun 124 və 164-cü km-lərində əsaslı təmir işlərinə artıq başlanılıb.

APA


Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolu bağlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Əməkdaşlığı Təşkilatın konfransı Tehranda işə başladı
    İslam Əməkdaşlığı Təşkilatın 13-cü konfransı İran İslam Respublikasının paytaxtı Tehranda işə başlayıb
     16.01.2018
    Əli İnsanovun kassasiya şikayəti təmin olunmayıb
    Bu gün Ali Məhkəmədə Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ