1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:29.04.2020 16:09:48

Yeni Zelandiya COVID-19 pandemiyası ilə mübarizə məqsədilə dünya boyu ən sərt karantin rejimlərii tətbiq etmişdi.

İslamazeri.com voa-ya istinadən xəbər verir ki, Yeni Zelandiyada sərt karantin rejimi başa çatdığı bir vaxt, insanlar çərşənbə axşamı fastfud restoranlarının "drive-thru"larına (maşında ikən ödəniş edib, yeməyi təhvil almaq) axışıblar.

Baş nazir Casinda Ardernin karantini yumşaltması nəticəsində təxminən 400 min insanın evlərini tərk edib, işlərinə və ya qolf, sörf, balıqçılıq və ovçuluq kimi məşğuliyyətlərə geri dönəcəkləri gözlənilir. Yeni Zelandiya COVID-19 pandemiyası ilə mübarizə məqsədilə dünya boyu ən sərt karantin rejimlərii tətbiq etmişdi.

Vellinqton çərşənbə axşamı ölkə boyu yalnız iki yeni yoluxma halının qeydə alındığını bildirib. Bununla 5 milyon əhalisi olan Yeni Zelandiyada ümüumi yoluxma halları 1124-ə çatıb. Bütün ölkə üzrə 19 ölüm halı qeydə alınıb.

Baş nazir Ardern koronavirusun təhlükə səviyyəsini 4-dən 3-ə endirib. 4-cü səviyyədə lazımı xidmətlər istisna olmaqla bütün iqtisadi fəallıq dayandırılmışdı. 3-cü səviyyədə isə alış-veriş mərkəzləri, gözəllik salonları və digər bizneslər daha azı üç həftə boyunca bağlı qalacaq. Lakin inşaat sektoru və çatdırılma xidməti göstərən restoranlar fəaliyyətlərini bərpa edəcək. Bundan əlavə bəzi məktəblər də açılıb.

Yeni Zelandiyanın pandemiyaya qarşı mübarizəsi beynəlxalq ictimaiyyət tərəfindən alqışlanıb. Lakin Ardern xəbərdarlıq edir ki, “biz virusun yenidən yayılın, yeni xəstəlik və ölüm halları dalğasına səbəb olmasından” əmin olmalıdır.


Yeni Zelandiyada həyat normala dönür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Mədinə şəhərindəki Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
    Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.
     30.05.2020
    Azərbaycanda
    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ