EURO 1,9271 TRY 0,3119
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:11.01.2019 17:45:41

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

"Yeni salınan qəbiristanlıqlarda, o cümlədən bundan sonra dəfn mərasimlərində yeni qaydalar mütləq tətbiq olunacaq."

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na dəyişikliklər edib: "Bu dəyişikliklər yeni salınan qəbiristanlıqlara şamil olunacaq, qərarın geriyə tətbiqi yoxdur".

Xatırladaq ki, ötən ilin dekabrında təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda qəbiristanlıqların salınması və idarə olunması qaydaları da təsdiq edilib.

Qərara əsasən, bundan sonra qəbiristanlıqlar yerli bələdiyyələr tərəfindən idarə ediləcək. Yerli icra hakimiyyəti orqanlarına qəbiristanlıqların bələdiyyələrə təhvil verilməsi üçün 3 ay vaxt verilib.

Bu qaydalar tələbləri (5.5-ci və 5.6-cı bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla) Fəxri xiyabanlarında, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir.


Yeni qaydalar bütün məzarlıqlarda və dəfn mərasimlərində tətbiq olunacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman qatili öz əməlinin SƏBƏBİ haqda: 2 il öncə...
    Yeni Zelandiyada məscidlərə hücum etmiş terrorçu öz cinayəti haqda danışıb.
     18.03.2019
    Türkiyənin Varlıq Fondunu satmaq istəməsinə REAKSİYALAR
    Səadət Partiyasının sədri Təməl Karamollaoğlu məsələyə dair olaraq sosial media hesabı vasitəsilə paylaşım edib.
     18.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ