Yəmənin Milli Qurtuluş hökumətinin xarici işlər naziri Huşam Şərəf Səudiyyə Ərəbistanı XİN başçısının bəzi ərəb ölkələrindən olan həmkarları ilə görüş zamanı onlardan Yəmənin Səudiyyə Ərəbistanında bəzi hədəflərə hərbi zərbələr endirməsini qınamağı tələb etməsinə cavab verib.

İslamazeri.com İran mediasına istinadla xəbər verir ki, Şərəf hərbi təyyarələri Yəmənə dinc sakinləri qətl etməyə göndərənlərin qarşılıq olaraq sülh göyərçini gözləmələrinin sadəlöhvlük olduğunu söyləyib.
Nazir həmçinin rəsmi Ər-Riyadın guya “Ənsarallah” hərəkatı ilə mübarizə aparmaq adı altında dünyanın gözündən pərdə asdığını, əslində isə Yəmən xalqına qarşı soyqırım siyasəti yürütdüyünü vurğulayıb. O bildirib ki, Səud güclərinə qarşı savaşan Yəmən ordusu və xalqıdır.
Yəmənli nazir: Bizdən "sülh göyərçini" gözləməsinlər...