Yəməndə daşqın baş verib.

İslamazeri.com-un “Saba”-ya istinadən verdiyi xəbərə əsasən, Yəməndə yağan güclü yağışlar daşqına səbəb olub. Təbii fəlakət nəticəsində 18 nəfər həyatını itirib.
Təbiət hadisəsi Lahc əyalətinin əl-Muqatara rayonunda nəzarətdən çıxıb.
“Güclü yağışların səbəb olduğu su axınları onlarla nəqliyyat vasitəsi və avtomobili özü ilə birgə aparıb, 18 nəfər həlak olub.”, - deyə mənbədən qeyd ediblər.
Bildirilir ki, 10 nəfərin cəsədi aşkar edilib, digərlərinin axtarışları isə davam edir.
Xatırladaq ki, hər il iyul ayından sentyabr ayınadək Yəməndə yağışlar mövsümü başlayır.
Yəməndə təbii fəlakət insan ölümünə səbəb oldu