1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.09.2017 11:06:08

Yəməndə 5 yaşdan aşağı 380 min uşağın "şiddətli yetərsiz qidalanma" problemi yaşadığı bildirilib.

İslamazeri.com xəbər verir ki, BMT Uşaqlara Yardım Fondu (UNICEF) Yəmən Nümayəndəliyinin "Twitter" səhifəsindən edilən açıqlamada, "şiddətli qeyri-kafi bəslənmə" ilə mübarizə aparmaq məcburiyyətində qalan yəmənli uşaqların təhdid altında olduğu bildirilib.

Açıqlamada, "Ölkədəki hadisələr baş verməmişdən əvvəl 2014-cü ilin göstəricilərinə görə bu rəqəm 160 min ikən, 2015-də 210 min, 2016-da 360 min, hazırda isə 380 min olaraq qeyd edilir",- deyilib.

Dünyada ən böyük humanitar böhranlardan birinin baş verdiyi Yəməndə milyonlarla insanın aclıq təhlükəsilə qarşı-qarşıya qaldığı bildirilən açıqlamada, ölkədə 5 yaşdan aşağı təxminən 3 milyon uşağın da "yetərsiz qidalanma"dan əziyyət çəkdiyi bildirilib.

BMT-nin Humanitar İşlər Koordinasiya Ofisinin (OCHA) bir hesabatında, Yəməndə xalqın 3/2-sinin humanitar yardıma və qorunmağa möhtac olduğu, məskunlaşma, ərzaq, su və səhiyyə xidmətlərinin təcili ehtiyaclar arasına olduğu açıqlanmışdı.


Yəməndə şiddətli yetərsiz qidalanma 380 min uşağı təhdid edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Liviyada mühacir qayığı batdı
    Liviyanın Zuvarə şəhərində immiqrantları daşıyan qayığın batdığı, yüzdən çox adamın itkin düşdüyü bildirilib.
     21.09.2017
    Tacikistan boks və digər idmanları qadağan edəcək - SƏBƏB
    Tacikistan maraqlı qanun layihəsi hazırlanıb.
     21.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ