EURO 2,0024 NEFT 78,2
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:23.04.2018 12:26:50

Yəmənin müdafiə və hücum sistemi tam gücü ilə inkişaf edir

İslamazeri.com "Azeri Sahar" portalına istinadən xəbər verir ki, Yəmənin Hərbi Sənaye Bölməsi Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə savaşda istifadə olunması üçün Yəmənin yeni yerli silahının təqdimatının keçirildiyini bildirib.

Yəmənin Ali Siyasi Şurasının rəhbəri Saleh Əs-Səmad ötən gün ölkənin silahlı qüvvələrində hərbi sənaye bölməsi ilə yaxın tanış olarkən yeni silahın təqdimatı keçirilib və bildirilib ki, gələn günlərdə bu yeni silahdan səudiyyəli təcavüzkarlarla mübarizə aparmaq üçün istifadə olunacaq. 

Yəmənin Ali Siyasi Şurasının sədri bundan öncə bildirmişdi ki, Yəmən raket və silahların istehsalına başlayıb və xaricdən silah almağa ehtiyac yoxdur. 

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il martdan Yəmənə hərbi təcavüz edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistan və müttəfiqlərinin Yəməndəki hərbi cinayətləri indiyədək on minlərlə yəmənlinin həlak olması, yaralanması və milyonlarla nəfərin didərgin düşməsi ilə nəticələnib. 

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya indiyədək Yəmən xalqının müqavimətinə görə, öz məqsədləri, o cümlədən öz əlaltısını iqtidara çatdırmaq niyyətini əldə edə bilməyib. 

Bu arada Səud mediası "Ənsarullah" hərəkatının Nəcrana balistik raketlərlə hücum faktlarını təsdiqləyib. Məlumata görə, raketlər HMS tərəfindən vurulub. Qey edək ki, Səud rejimi Yəmən cəbhəsindəki "uğurları"nı sırf mülkü vətəndaşları hədəfə alması ilə dünyaya göstərməyə çalışsada, "almasirah" telekanalı səudiyyəlilərin "ov" əməliyyatları ilə günü-gündən ağır itkilər verməsini dünyaya sübut etməkdədir.


Yəmən yeni yerli silahlarının təqdimatını keçirdi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərifdən amerikalı rəsminin İranla müqavilə sözlərinə REAKSİYA
    Zərif amerikalı səlahiyyətli Brayan Hukun İranla yeni bir müqavilə arxasınca olduqları istiqamətindəki sözlərinə reaksiya göstərib.
     22.09.2018
    Dollar kreditlərilə bağlı Konstitusiya Məhkəməsi qərarını açıqladı
    Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
     22.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ