EURO 1,9343 NEFT 72,17
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:06.06.2018 15:25:02

Anti-sionist təşkilatının nümayəndəsi İsrail rejiminin mövcudluğu barədə və İranın fəaliyyəti haqda danışıb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, “Neturei Karta” anti-sionist təşkilatının mətbuat katibi İsrael Devid Vays bildirib ki, İsrail dövləti qeyri-qanuni bir dövlətdir.

Vays qeyd edib ki, əsas sakinlərin yaşadığı bir yerdə başqa bir dövlətin qurulması qeyri-mümkündür, çünki Fələstinin əsas sahibləri fələstinlilərdir, İsrailin mövcudluğu isə mənasızdır.

Fələstinin sionistlər tərəfindən işğalına qarşı olduğunu bildirən Vays əlavə edib ki, “İsrail adlandırılan quruluş qeyri-qanunidir. Fələstin xalqının öz torpaqlarına olan hüququ sırf 1967-ci il torpaqları ilə məhdudlaşmır”. O bildirib ki, bütün Fələstin ərazisi Fələstin xalqınındır.

Vays daha sonra yəhudiliyə dostcasına münasibətinə və yəhudilərə öz dinlərini yaşamağa imkan yaratdığına görə İran hökumətinə öz təşəkkürünü bildirib. O qeyd edib ki, İsrailin İrana qarşı nifrətinin və müntəzəm həmlələrinin səbəblərindən biri də budur.

O deyib ki, İran Fələstin xalqını dəstəkləyir və İsrail rejiminin mövcudluğunu qəbul etmir.


Yəhudi ravvin İsraili pislədi, İrana isə təşəkkür etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gəncə hadisələrilə bağlı daha iki nəfər həbs olundu
    Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncədə törədilən terror aktı və kütləvi iğtişaşlarla bağlı birgə məlumat yayıb.
     17.08.2018
    Avstraliya tarixində bir ilk: Müsəlman xanım senator oldu - FOTO
    Mehrin Faruki Avstraliya senatına seçilən ilk müsəlman xanım oldu.
     17.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ