1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:08.03.2018 12:28:13

Səud rejimi ilə İsrail arasında yaxınlaşma günü-gündən güclənir

İslamazeri.com  xəbər verir ki, ABŞ-ın ən böyük yəhudi lobbisi AİPAC-ın illik konfransı Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın və BƏƏ-nin qaranlıq liderlərinə dəstək şousuna dönüB. İclasda danışan "Böyük Amerikan Yəhudi Təşkilatları Konfransları" sədri Stefen Greenberg, İsrail dəstəkçisi Amerikan-israil xalqla əlaqələr komitəsinə (AİPAC), Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd bin Salmanı və Birləşmiş Ərəb Əmirliklərinin liderliyini dəstəkləməyə çağırıb. 4 mart AİPAC-ın illik konfransının açılışında danışan Greenberg, BƏƏ və İordaniyanı ziyarət etdiyini, BƏƏ liderlərinin "xoşməramlı" və "terrorla mübarizəyə bağlı"lığından cəsarət aldığını önə çəkib. Greenberg, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin eyni yöndə dəstəkləməsini tələb edib. Bu haqda "tasnim" agentliyi yəhudi mediasına istinadla məlumat dərc edib.

İran, yəhudilər və Səudiyyə üçün ortaq düşməndir...

Greenberq Məhəmməd bi Salmanın Səudiyyyə Ərəbisanını dəyişdirməsi üçün atdığı addımlara dəstək verilməsini bildirərək "Həqiqi dəyişikliklər cəsarətləndirilməlidir", - deyə qeyd edib.

İsrailin Təhsil və Diaspora ilə əlaqələr naziri Naftali Bennet, İranı "hücum edilməli osminoqun başı" kimi dəyərləndirib. Konfransda çıxış edən İsrailin Xarici İşlər nazirinin müavini Deni Avalon isə, "Əl Cəzirəyə" etdiyi açıqlamada Səudiyyə liderlərilə əlaqələrin yaxşı olduğunu bildirərək "İran bizim ortaq düşmənimizdir", - deyə əlavə edib.

Biz Yaxın Şərqi idarə etmək istəyirik...

İsrailin İşçi Partiyasının lideri Avi Gabbat isə, etnik təmizlik tələbi edərək, İsrailin Fələstinin işğal altındakı torpaqları İordan çayının qərb sahilləri və Qəzzada tərk-silah edilmiş bir Fələstin dövləti quraraq, özlərini fələstinlilərdən ayırmasının vacib olduğunu vurğulayıb. Sionizmin bölgə hədəflərini xatırladan Gabbay "Biz Yaxın Şərqin yalnız bir parçası deyil, Yaxın Şərqi idarə etmək istəyirik", - deyə bildirib.

AİPAC-ın bu il önə çıxan lobbi fəaliyyətini yenidən dilə gətirən Gabbay, Fələstin Administrasiyasının, fələstinli məhkumlar və İsrail işğalına qarşı aktiv fəaliyyətlərinə görə həbs olan şəxslərin ailələrinə maddi yardım etməsini dayandırmasının vacibliyini qeyd edib. 

Qətərə görə, Tillerson hədəfdə...

ABŞ prezidenti Donald Trampın ən önəmli "yardımsevər"lərindən olan BƏƏ ilə yaxın ABŞ-lı iş adamı, Eliott Broidinin, ətər mövzusundakı fərqli düşünən ABŞ XİN rəhbəri Rex Tillersonun qovulması üçün fəaliyyət etməsi diqqət çəkib. İngilis BBC kanalının ələ keçirdiyi e-maillarda yer alan yazışmalara görə, BƏƏ əlaqəli iş adamının Ağ Evdə Tillerson əleyhinə lobbiçilik fəaliyyətinin olduğu təsbit edilib. 

Mövzu ilə əlaqəli yazışmaların birində, 2017-ci ilin oktyabr ayında Broidinin Tramp ilə müzakirə zamanı Tillersonun qovulması üçün ona təsir etməyə çalışdığı da üzə çıxıb. Digər e-maildə isə Broidinin Tillersondan "zəif", "jele qülləsi" və "yaxşı fırçalanması lazımdır" ifadələrilə bəhs etdiyi bildirilib. (islamazeri.com)

Bu arada İsrail mediası vəhabi kralın vəliəhdi bin Salmanın Misir səfəri zamanı İsrail məsul şəxsləri ilə görüşdüyünü və əlaqələrin yaxşılaşdırılması üçün müzakirə etdiyini yazıb.

Vəhabi kralın vəliəhdinin "əsrin müqaviləsi" istəkləri...

Londonda nəşr edilən "Əl Cədid Ərəbi" qəzetinin yazdığına görə, Məhəmməd bin Salman İsrail və Fələstin məsələsini həll edərək "əsrin müqaviləsi" layihəsini reallaşdırmaq, İsraili yeni böyük layihələrə qatmaq istəyir.

Qəzetin iddiasına görə, bin Salman İsraili Qırmızı dənizin sahilləri və "gələcəyin şəhərləri" kimi böyük maliyyənin xərclənəcəyi layihələrə daxil etməmişdən öncə Fələstin probleminin həlli üçün dəridən qabığdan çıxır. Məlumata görə, bu layihə və "əsrin müqaviləsi" çərçivəsində Misir də, Fələstin hərəkatlarına təzyiq edərək bu layihənin baş tutması üçün Səud rejiminin yanındadır. (islamazeri.com)

Xatırladaq ki, ötən il İsrail Hərbi Kəşfiyyatının rəisinin Səudiyyə Ərəbistanının onların düşməni olmadığını bildirmışdı. Amos Yadlin bu barədə çıxış edərək  “Ərəbistanın ABŞ-la son imzaladığı sənədlər əsasında əldə etdiyi silahların İsrail üçün heç bir təhlükəsi yoxdur. Biz əldə olunmuş bu sənəd barədə İsrail və Ərəbistanın ortaq mənafeyini nəzərə almalı və Yaxın Şərqdə olan mövcud təhlükələr barədə araşdırmalar aparmalıyıq. Ərəbistanı bu gün İsrailin düşməni hesab etmirik, lakin bu ölkə siyasi olaraq qeyri sabitdir. Ərəbistana hakim olan mövcud rejim dəyişərsə bu silahlar, İsraillə düşmən olanların əlinə düşəcək. Belə olan halda da ABŞ, yeni rejimə bu silahların hissələrini təmin etməkdə manelər törədəcək.”, -deyə qeyd etmişdi. (islamazeri.com)


Yəhudi lobbisinin "vəhabi krallığı sevdası" və ya İsrail-Səud rejimlərinin "əsrin müqaviləsi" xülyası...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Maşından zibil atdı: 500 manat cərimələndi, zibili özü təmizlədi - Azərbaycanda
    Tullantı atılan ərazi milli parkın əməkdaşlarının nəzarəti ilə qanun pozucusu A.Əfəndiyev tərəfindən təmizlənib.
     15.08.2018
    İtaliyada körpü faciəsində ölənlərin sayı artdı
    Şəhər meriyası hadisə ilə bağlı 2 günlük matəm elan edib.
     15.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ