1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:27.08.2018 16:23:09

Bu gün kinorejissor, Azərbaycan SSR xalq artisti Tofiq Tağızadənin ölümündən 20 il ötür.

Bu gün kinorejissor, Azərbaycan SSR xalq artisti Tofiq Tağızadənin ölümündən 20 il ötür.

Kult.az xatırladır ki, o, 1919-cu il fevralın 7-də Bakıda anadan olub. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirib. O, "Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri ilə milli kinomuzda öz dəsti-xətti ilə seçilən bir rejissora çevrilib.

"Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm", "Bağ mövsümü", "O dünyadan salam", "Babamızın babasının babası" kimi filmlərə quruluş verən və izləyicilərinin sevgisini, marağını qazanan rejissor, eyni zamanda, "Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur.

Tofiq Tağızadə dəyərli sənətkar olmaqla yanaşı, həm də vətənpərvər insan idi. “Yeddi oğul istərəm“ filminin çəkilişləri başa çatandan sonra Moskvada qızğın müzakirələr başladı. Əksəriyyət quruluşçu rejissor Tofiq Tağızadənin öz filminin bəzi epizodlarını Hollivudun məşhur “Möhtəşəm yeddilik“ filminə bənzətdiyini deyir və onu qınayırdı. Belə ittihamlara Tağızadənin cavabı qısa və qəti oldu. O dedi ki, Azərbaycan bəyləri Cıdır düzündə at çapanda Kolumb hələ Amerikanı tapmamışdı.

Qeyd edək ki, Tofiq Tağızadə 27 avqust 1998-ci ildə Bakıda vəfat edib.


“Yeddi oğul istərəm”ə plagiat iddiası: Rejissorun cavabı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 12 min ziyarətçi Ərbəin yürüşü üçün Azərbaycandan İrana daxil olub
    Böyük Ərbəin yürüşü yaxınlaşdığı bu vaxtlarda İranın Astara sərhəd qapısından İraqa getmək üçün 12 min ziyarətçinin daxil olduğu bildirilib.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ