Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:8.12.2021 12:47:55

"2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb", - Ülvi Mehdiyev bildirib.

"İndiyə qədər "YAŞAT" Fondunun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 manat məbləğində vəsait xərclənib"

İslamazeri.com xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev fondun bir illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

O qeyd edib ki, bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.

Ü.Mehdiyev bildirib ki, xərclənən vəsaitdən 32 477 789.50 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 458 478.51 manatı təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 5 432 716.49 manatı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 11 128 461.65 manatı isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub.


"YAŞAT" Fondunun xərclədiyi vəsaitin məbləği açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS:
    HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını bildirib.
     22.01.2022
    DSX-nın hərbi qulluqçusu intihar edib
    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
     22.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ