EURO 1,9267 NEFT 67,86
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:28.06.2018 09:13:30

Gözlər yeni nazirdə; Muxtar Babayev dənizi xalqın istifadəsinə verə bilər

Yayın qızmar istisində sərinlənməyin bir yolu da Xəzər çimərliklərinə üz tutmaqdır. Əlbəttə ki, sərinləmək üçün ilk növbədə gedib çimərliyə çatmaq, Xəzər sahili boyu kilometrlərlə uzanan hasarları aşmaq gərəkdir. İllərdir ki, bu mövzu hər yay fəslində gündəmə gəlir, deputatlar parlament kürsüsündən sahilboyu hasarların sökülməsi məsələsini qaldırıb tələblər səsləndirirlər.

Hasarlar isə qalmaqdadır. Köhnə problemlərin həllində yeni təyin olunan nazirlərə ümidlər çoxdur. Onlardan biri də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdi. M.Babayev vəzifəyə təyin olunduqdan bir neçə gün sonra Bakını başına götürən pis qoxunun mənbəyini müəyyən edərək, bu problemin aradan qaldırılmasına nail oldu. Bundan başqa, nazirlik ictimai-iaşə obyektlərinin fəaliyyəti zamanı ayrılan tüstünün, qazların və iy-qoxunun yayılması, atmosfer havasını zərərli maddələrin təsirinə məruz qoyması, ətrafdakılara neqativ təsir göstərməsinə qarşı da addımlar atdı. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti restoranlardan havaya atılan tüstünün aradan qaldırılması üçün sahibkarlara və müvafiq icra hakimiyyətinə müraciət ünvanlandı. Yeni nazirin təşəbbüsü ilə qanunsuz olaraq kəsilən ağaclara, məhv edilən yaşıllıqlara görə cərimələrin artırılması da müzakirəyə çıxarılıb.

dənizdə hasarlar ile ilgili görsel sonucu

Bəs Xəzər sahili boyunca inşa edilən, Xəzərin ekoloji durumuna birbaşa təsir göstərən amillər, əsasən də qanunsuz hasarlamaya qarşı addımlar atılacaqmı?

Nəhayət ki, Xəzər sahilləri xalqın üzünə açılacaqmı? 

Yada salaq ki, Xəzər sahillərinin hasarlanması məsələsi ilə bağlı deputat Zahid Oruc ölkə başçısına müraciət edərək sahilboyu inşa olunan fərdi evlərin əhatəsindəki hasarların sökülməsi təklifi ilə çıxış etmişdi.

 

“Nəinki dənizin kənarında, indi istənilən yerdə elə hasarlara rast gəlirsən ki, sanki bu adamlar hamıdan qorxaraq ətraflarına sədd çəkib. Nəyə lazımdır ki, bu hündürlükdə hasarlar?” deyən millət vəkili beynəlxalq təcrübədə bu halın yer almadığına diqqət çəkmişdi.

 

dənizdə hasarlar ile ilgili görsel sonucu

Xəzərin hasarlanması problemi parlamentdə ötən il müzakirə mövzusu olmuşdu və millət vəkili, xalq artisti Zeynəb Xanlarova dəniz kənarındakı villa sahiblərinin hasarlarını dənizin ortasınadək uzatdıqlarından danışmış, tədbir görülməsini istəmişdi.

Muxtar Babayev ile ilgili görsel sonucu

Azərbaycanda 2003-cü il yanvarın 13-də Xəzər sahillərində şəxsi evlərin və obyektlərin tikintisini qadağan edən “Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərəncam imzalanıb. Sərəncama əsasən, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı və Sumqayıt şəhərlərinin icra hakimiyyətləri, habelə Abşeron, Siyəzən, Dəvəçi, Xaçmaz, Xızı, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara rayon icra hakimiyyətləri Xəzər dənizi sahillərində 130 metrlik məsafədə tikilən obyektləri sökməli idilər.

dənizdə hasarlar ile ilgili görsel sonucu

2003-cü il avqustun 4-də isə Azərbaycan prezidenti “Azərbaycan Respublikasında Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini imzalamışdı. Hələ də qüvvədə olan həmin qanuna görə, Xəzər dənizinin sahillərinin 80-130 metrliyi dövlətə məxsusdur. Deməli, həmin ərazi satıla və özəlləşdirilə bilməz. Sonradan dəniz sahilində tikililər üçün normativ 30 metr təyin edildi. Hazırda 30 metrlik normativ də pozulub, bir çox rayonların ərazisində dəniz sahilinə, çimərliklərə gediş-gəliş son dərəcə məhdudlaşdırılıb. Söz yeni ekologiya nazirinindir. (“Yeni Müsavat”)


Xəzərin hasarlarını uçurdan tapılmır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Nazir müavini: “Azərbaycanda insanlar pensiyaya çıxdıqlarını SMS vasitəsilə öyrənəcəklər”
    "Çünki onların hesablamaları bir qədər fərqlidir, tam avtomatlaşdırılma mümkün deyil."
     16.11.2018
    Xorvatiya İspaniyanı məğlub etdi: Bütün nəticələr - VİDEOlar
    UEFA Millətlər Liqasında V turun oyunları keçirilib.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ