EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:11.01.2019 09:38:31

O, əlavə edib ki, strukturda qazma işləri 2019-cu ilin sonuna planlaşdırılıb.

BP şirkəti və onun tərəfdaşları Azərbaycanda nəhəng qaz yatağının (“Şahdəniz” qaz-kondensat yatağı) işlənilməsinə 28 milyard dollar sərmayə qoyublar və bu, yalnız tarixin başlanğıcı ola bilər.

"Trend" xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons “Bloomberg” agentliyinə bildirib.

Onun sözlərinə görə, şirkət 2020-ci il üçün ölkədə 6 yeni kəşfiyyat quyusu qazmaq niyyətindədir.

Məlumatda deyilir ki, əgər BP-nin gözləntiləri doğrularsa şirkət ehtiyatları təxminən “Şahdəniz”in ehtiyyatlarına bərabər olan yeni qaz yatağı tapa bilər.

Regional prezident bildirib: “Braziliya ilə yanaşı, Azərbaycan bizim üçün yaxın bir neçə il üçün prioritet fəaliyyət istiqamətlərindən biri sayılır. Bu kəşfiyyat proqramı bizim üçün çox vacibdir, çünki biz Xəzərdə böyük potensial görürük”.

Q.Consun sözlərinə görə, BP-nin bu il quyular qazmaq niyyətində olduğu Şəfəq-Asiman strukturunda qaz ehtiyyatı “Şahdəniz-2” yatağının ehtiyyatlarına bərabər ola bilər.

O, əlavə edib ki, strukturda qazma işləri 2019-cu ilin sonuna planlaşdırılıb.


Xəzərin Azərbaycana aid hissəsində yeni qaz yatağı aşkarlanıb? - BP açıqladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Emin Hüseynov: “Mehman aclığı davam etdirir”
    "Mehman ona təzyiq göstərilməsindən şikayət edib, o, aclığı dayandırmayıb və onun adından yayılan bütün bəyanatları təkzib edib."
     20.01.2019
    İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ