EURO 1,9068 TRY 0,2906
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:19.10.2018 10:14:15

İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir”.

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin zəhərlənən heyət üzvlərindən 3-ü dünyasını dəyişib.

Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxsləri xəstəxanaya çatdırmaq mümkün olmayıb: “Ölənlərin üçü də İran vətəndaşıdır. Onlardan biri 28, digəri 29, o biri isə 32 yaşında olan kişilərdir.

Xəstəxanaya zəhərlənmə diaqnozu ilə 8 nəfər gətirilib. Onlardan 7-si hospitalizasiya olunub və 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Bir nəfərin vəziyyəti normal olduğuna görə ona tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Gəmi kapitanına hazırda yerində tibbi yardım göstərilir və vəziyyəti normaldır.

İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir”.


Xəzərdə gəmidə zəhərlənən İran vətəndaşlarından üçü ölüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şri-Lankadakı terrorlarla bağlı DƏHŞƏTLİ FAKT üzə çıxdı
    Bu haqda Şri-Lanka ordusunun keçmiş komandanı bəyan edib.
     24.04.2019
    Rusiyadan həyəcan təbili: İŞİD yenidən xortlaya bilər!
    “Fəratın o tayındakı ərazilər hələ də təcrid edilmiş ərazilər olaraq qalmağa davam edir"
     24.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ