EURO 1,9515 NEFT 60,31
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.03.2018 12:36:06

"Xəzər" televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Əkbərov Lənkəranda tutulub.

"Xəzər" televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Əkbərov Lənkəranda tutulub.

"Report"un Cənub bürosunun xəbərinə görə, E.Əkbərovun tutulmasına Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov göstəriş verib. Məlumata görə, hadisə E.Əkbərov Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən baş verib.

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub. 

M.Qafarovanın yaxın qohumu "Report"a bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: "Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb".

Bir müddətdən sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş "Xəzər" televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Əkbərov sərbəst buraxılıb.


“Xəzər” TV-nin əməkdaşı saxlanıldı, sonra buraxıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir - FƏRMAN
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
     16.01.2019
    Peyğəmbər (s): “Ey Cəbrail, Cümə nədir?”
    İslamazeri.com dəyərli izləyicilərinə məsum imamlardan (ə) olan gözəl bir hədisi təqdim edir.
     16.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ