1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:30.01.2019 19:59:09

“Xəzər Lənkəran”ın fəxri-prezidenti Mübariz Mənsimov klubun yenidən fəaliyyət göstərib-göstərməyəcəyi barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib.

“Xəzər Lənkəran”ın fəxri-prezidenti Mübariz Mənsimov klubun yenidən fəaliyyət göstərib-göstərməyəcəyi barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib.

İslamazeri.com sportal.az-a istinadən xəbər verir ki, azərbaycanlı iş adamı “facebook” sosial şəbəkəsində izləyicilərdən birinin “Xəzər Lənkəran” nə zaman geri dönəcək” sualına belə cavab verib: “Xəzər Lənkəran” AFFA-dakı oğrular nə zaman getsə, onda geri dönər. Biz onlar kimi rüşvət və oğurluq etməklə pul qazanmırıq. Bizim pulumuz Allahın bizə verdiyi ruzi olan dənizdən çıxır. 10 min dənizçinin çalışdığı yerdə düzgünlük etməsəm, şorba yeyə bilmərəm, insanların ahı məni tutar. Dəyərli qardaşım, ona görə də indi gözləməliyik. Ancaq sizə söz verirəm, bizim “Xəzər Lənkəran” mütləq yaşıl meydanlara geri dönəcək. Əzizlərim, bunun dönüşü möhtəşəm olacaq”.

Qeyd edək ki, 2004-cü ildə yaranan Lənkəran təmsilçisi 2016-cı ildə fəaliyyətini dayandırıb.


“Xəzər Lənkəran”ın dönüşü möhtəşəm olacaq” - Mübariz Mənsimov

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Bakıda müsəlmanlar kilsəyə axın etdi - Foto
    Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Müqəddəs Məryəmin Məsum Hamiləliyi Kilsəsini ziyarət ediblər.
     23.04.2019
    Nigeriyada polis 11 nəfəri öldürdü - SƏBƏB
    Hadisənin Qombe ştatında baş verdiyi qeyd edilir.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ