EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.03.2019 08:25:03

Xəstə atası üçün Bakıya qayıdan ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanılıb.

Xəstə atası üçün Bakıya qayıdan ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanılıb.

İslamazeri.com xəbər verir ki, bu gün səhər saat 4 radələrində Tehran - Bakı reysilə qayıdan və Qum Universitetinin Hüquq fakültəsində (ikinci təhsil) oxuyan  ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanılıb.

Polisdən bildirilib ki,  Prokurorluqdan Ruhullahın ölkəyə girişinə qadağa qoyulub, saat 12-də o,  ya İrana qaytarılacaq, ya da Bakıda qalacağı məlum olacaq.

Xatırladaq ki, Ruhullahın atası Məsim Novruzovun səhhəti ağırdır və bir aya yaxındır ki, ikinci dəfədir xəstəxanaya yerləşdirilib. Məhz Ruhullah atasının vəziyyətinin ağır olmasıyla bağlı Tehrandan Bakıya qayıdırdı.

Dörd il öncə Ruhullah Novruzzadə quru yolu ilə Bakıya qayıdarkən  ölkəyə girişinə STOP qoyulması səbəbilə geri qaytarılmışdı.

Qeyd edək ki,  Ruhullah Novruzzadə jurnalist Ramin Bayramov və hazırda həbs həyatı yaşayan ilahiyyatçı Hacı Abgül Süleymanovun qaynıdır.


Xəstə atası üçün Bakıya qayıdan ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda arvadını iplə boğan şəxsin etirafı: “Xəyanətə görə öldürdüm”
    Arvadını boğaraq öldürməkdə təqsirli bilinən Müsəddiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
     25.05.2019
    Paşinyanın həyat yoldaşı azərbaycanlı jurnalistin sualına cavab verə bilmədi
    Azərbaycanlı jurnalist Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı çətin sual qarşısında qoyub.
     25.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ