Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:28.10.2021 12:21:20

Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandes İspaniya "Barselona"sının sükanı arxasına keçəcək.

İslamazeri.com "Report"-a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin təyinatı milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra gerçəkləşəcək.

Onun Kataloniya təmsilçisində baş məşqçi kimi debütü "Espanyol"a qarşı La Liqanın XIV tur oyununda baş tutacaq.

Xavi bu vaxtadək Qətər təmsilçisinin qarşısındakı öhdəliklərdən azad olmalı və məşqçilər korpusu üzvlərinin yeni klubda maaşını razılaşdırmalıdır.

Qeyd edək ki, sabiq baş məşqçi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. "Barselona"nın yetirməsi olan Xavi 1997 - 2015-ci illərdə əsas komandanın formasını geyinib.

2015 - 2019-cu illərdə Qətərin "Əl-Sədd" klubunda oynayan keçmiş yarımmüdafiəçi, 2019-cu ildə baş məşqçi təyin olunub.


Xavi "Barselona"-nın yeni başq məşqçisi seçildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ