1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:22.01.2019 16:29:49

Bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

"Həmsədrlər heç vaxt açıq şəkildə Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll edə bilmədiklərini etiraf etməyəcəklər."

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

“Uzun müddətdir ki, Dağlıq Qarabağ məsələsi danışıqlar vasitəsi ilə həll olunmur. Çünki Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini azad etmək istəmir. Təbii ki, belə olan halda Azərbaycan tərəfinin danışıqlara marağı azalır. Əslində, bu məntiqlidir. İkincisi, danışıqlar mümkün deyilsə, deməli, məsələnin həllində yeganə variant güc yoludur. Həmsədrlər isə müxtəlif səbəblərə görə bu işin öhdəsindən gələ bilmədiklərini etiraf etməyəcəklər. Əslində, Qarabağ probleminin həllinin məhz Ermənistanın mövqeyi ucbatından mümkün olmadığını açıq bəyan etmək həmsədrlərin səlahiyyətində deyil. Onlardan hətta prosesdən geri çəkildiklərinə və məsələnin müharibə yolu ilə həllinə dair hər hansı bəyanat gözləmək də mümkün deyil. Buna görə də millətləri sülhə hazırladıqlarına dair imitasiya xarakterli bəyanatlar verməyə davam edirlər”, - sabiq nazir bildirib.

T.Zülfüqarov həmsədrlərin Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü hazırladığını bildirib:

“Paşinyan 1998-ci ildən əvvəlki formata qayıtmaq və danışıqları 20 il ərzində istifadə edilən ənənəvi formatdan yayındırmaq istəyir. Təbii ki, Azərbaycan buna razılıq verməyib. İmitasiya da məhz bu əsaslarla davam etdiriləcək. Çox güman ki, həmsədrlər yaxın zamanlarda Azərbaycan prezidenti və Ermənistan baş nazirini görüşə də dəvət edəcəklər. Düzdür, bu görüş mahiyyəti dəyişməyəcək. Buna baxmayaraq Azərbaycan tərəfi 30 ildir danışıqları aparan əsas tərəf kimi İrəvanın əlinə bəhanə verməmək üçün bu görüşə razılaşacaq”.


“Xalqları sülhə hazırlamaq” nə deməkdir? - Sabiq nazir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ