Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:8.12.2021 15:28:14

Cerald Seyb ABŞ üçün əsl drama çevrilə biləcək üç artan hərbi konflikt riski barədə yazıb.

İslamazeri.com sputnik-ə istinadən xəbər verir ki, Wall Street Journal-ın şərhçisi Cerald Seyb ABŞ üçün əsl drama çevrilə biləcək üç artan hərbi konflikt riski barədə yazıb.
"ABŞ və müttəfiqləri təhlükəli dövrə gəlib çıxıblar - ola bilər ki, bir çox amerikalının düşündüyündən daha da təhlükəli dövrə", - müəllif yazır.
Mümkün konfliktlər sırasında müəllif ilk növbədə Rusiyanın Ukraynaya müdaxiləsini göstərir. Arqument qismində isə Rusiyanın Ukrayna sərhədinə hərbçiləri cəmləməsini göstərir.
İkinci qaynar nöqtə, onun fiukrincə, Çinin Tayvanda əməliyyat keçirməsi ola bilər.
"ÇXR sədri Si Cinpin Tayvanı Pekinin nəzarəti altına salmaq məqsədlərini aydın bəyan edən çinli liderlər sırasında sonuncudur", - məqalədə yazılıb.
Seybin fikrincə, üçüncü təhlükə İran nüvə proqramı üzrə danışıqların pozulmasıdır.
"Danışıqlarda aqressiv pozisiya və eyni zamanda uranın getdikcə daha çox zənginləşdirilməsi Tehranın ən azından nüvə həddinə çatmaq niyyətindən xəbər verir", - Seyb yazır.
O hesab edir ki, ABŞ İranın nüvə statusu ilə razılaşacaq, amma bu, çətin ki, İsrailin xoşuna gəlsin.
"Bunlar isə o deməkdir ki, hərbi əməliyyat perspektivləri hər ötən gün daha da kəskinləşir", - müəllif yekunlaşdırıb.
Bu yaxınlarda "The Washington Times" qəzeti yazmışdı ki, Amerikadakı infrastruktur Rusiya və Çinin elektromaqnit silahlarının hücumlarına tab gətirməyə bilər. Nəşrin məlumatına görə, ABŞ-da elektrik enerjisinin bir il kəsilməsi amerikalıların təxminən 90% -nin ölümünə səbəb ola bilər.
"Bu ölkələr bir gündə bizi diz üstə çökdürə bilər və eyni zamanda nə dəniz piyadaları, nə donanma, nə də Hərbi Hava Qüvvələri ilə döyüşməyə ehtiyac qalmayacaq", - ekspertlər hesab edirlər.

WSJ: Bu 3 yer yeni müharibələrin ocağı ola bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS:
    HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını bildirib.
     22.01.2022
    DSX-nın hərbi qulluqçusu intihar edib
    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
     22.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ