Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:9.11.2021 10:13:17

Əməliyyat sisteminin funksiyalarının müddəti bitmiş sertifikat səbəbindən işləməyi dayandırdığı bildirilir.

Bəzi “Windows 11” istifadəçiləri “Qayçı” (“Snipping tool”) tətbiqinin itməsindən şikayətləniblər.

İslamazeri.com "Oxu.az"a istinadən xəbər verir ki, ekran görüntüləri yaratmaq üçün nəzərdə tutulmuş proqram “Microsoft”un hazırkı əməliyyat sistemi ilə işləyən bir sıra kompüterlərdə yoxa çıxıb.

 

Bir çox istifadəçilərin sözlərinə görə, onlarda “Qayçı” ilə yanaşı, sensor klaviaturası və bir sıra emojilər də yoxa çıxıb.

Mütəxəssislərin sözlərinə görə, əməliyyat sisteminin funksiyaları müddəti bitmiş sertifikat səbəbindən işləməyi dayandırıb (Onun müddəti oktyabrın 31-də başa çatıb).

“Microsoft” artıq problemə cavab verib. Şirkət “Windows Update” vasitəsilə quraşdırıla bilən “KB4006746” patçı (“patch”) barədə bəyan ediblər.

Bununla belə, “Windows”un lisenziyalı nüsxələrinin bəzi sahibləri patçı quraşdıra bilməyib. Belə olan halda istifadəçilərə cihazdakı sistem tarixini müvəqqəti olaraq oktyabrın 30-a dəyişmək və ya ekran görüntülərini yaratmaq üçün “Print Screen” funksiyasından istifadə etmək təklif olunub.

Xatırladaq ki, bu əməliyyat sistemində ilk səhv deyil. Noyabrın əvvəlində “Windows 11”də, əməliyyat sistemində minlərlə boş qovluğun görünməsinə səbəb olan səhv aşkar edilib. Bəzi “Windows 10” istifadəçilərinin də boş kataloqları yaranıb.


"Windows"un bəzi mühüm funksiyaları işini dayandırıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DTX işçilərinin maaşlarında dəyişiklik təsdiq edilib
    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
     24.05.2022
    Şirvanda şirkətdə yanğın olub
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ