1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:27.04.2020 03:58:25

COVID pandemiyası ilə mübarizə çərçivəsində dünyanın bir çox ölkələrində karantin rejimi davam edir.

İslamazeri.com voa-ya istinadən xəbər verir ki, Çin rəsmiləri bazar günü keçən il virusun yayılmağa başladığı Uhan şəhərində bütün koronavirus pasiyentlərinin xəstəxanalardan çıxdığını bildirib.

Çində bütün koronavirus hallarının yarısından çoxunun qeydə alındığı Uhan yanvar ayında ciddi karantin rejiminə məruz qalmış və ölkənin qalan hissəsindən təcrid edilmişdi. Bir çox məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, şəhər sakinləri müntəzəm olaraq testdən keçməlidir.

COVID pandemiyası ilə mübarizə çərçivəsində dünyanın bir çox ölkələrində karantin rejimi davam edir.

Lakin İspaniyada son altı həftədən sonra ilk dəfə olaraq bazar günü uşaqların küçəyə çıxmasına icazə verilib.

Həftələrdir İspaniyada alış-veriş üçün yalnız böyüklərin küçələrə çıxmasına icazə verilirdi, lakin bazar günündən etibarən uşaqlar da valideynlərinin müşayiəti ilə bir saat müddətinə özlərilə yalnız bir oyuncaq götürmək və başqa uşaqlarla oynanamaq kimi şərtlərlə küçəyə çıxa bilərlər.

Avropada Xəstəliklərin Profilaktikası Mərkəzinin yeni hesabatına əsasən, İspaniya dünyada COVID-19-a ən çox səhiyyə işçisinin yoluxduğu ölkədir.

Hesabata əsasən, İspaniyada koronavirusa 205 905 yoluxma halının 18 faizini səhiyyə işçiləri arasında yoluxmalar təşkil edir. Hesabatda göstərilir ki, səhiyyə işçiləri arasında yoluxma halları İtaliyada bütün yoluxma hallarının 10 faizini, Birləşmiş Ştatlarda isə 3 faizini təşkil edir.

İspaniya Birləşmiş Ştatlardan sonra dünyada koronavirusa ən çox yoluxma hallarının qeyd edildiyi ikinci ölkədir.

Avropada koronavirusa ən çox yoluxma hallarının qeyd edildiyi İtaliya və Fransa da sosial təcrid tədbirlərini yüngülləşdirməyə başlayıb.


Virusun yayılmağa başladığı Uhan şəhərində bütün koronavirus xəstələri sağaldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Mədinə şəhərindəki Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
    Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.
     30.05.2020
    Azərbaycanda
    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ