EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256

İmam Ümmət məscidində 20 Yanvar qeyd edildi

Kateqoriya: VİDEO XƏBƏR

Yayınlanma tarixi : 25.01.2018 11:17:36

İmam Ümmət məscidi 20 yanvar şəhidlərinə həsr olunmuş məclis

İslamazeri.com xəbər verir ki, dünən Bakının Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində 20 Yanvar Faciəsilə bağlı geniş tədbir keçirilib. Məclisin açılışını Azərbaycanın tanınmış qareyi Quran Hacı Ruslan Quran ayələrinin tilavətilə açıb. Mərasimin aparıcılığını tanınmış Əhliibeyt məddahı Hacı Mehdi Dərbəndi aparıb. O şəhidlər haqqında şeir deyərək söz üçün məscidin imamı ilahiyyatçı Seyyid Şəhadət Heydərovu tribunaya dəvət edib.

O şəhidin məqamı, 20 Yanvar şəhidləri haqqında danışaraq bəzi təkfirçi qüvvələrin vətən şəhidlərinin məqamlarına şübhə yaratdıqlarından danışıb.

Daha sonra tribunaya tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli dəvət edilib. O da, şəhidlərin məqamı, şəhadətin şirinliyi, Kərbəla şəhidlərindən danışaraq 20 Yanvar hadisələri zamanı öz təəssüratlarını bölüşüb. Digər ilahiyyatçı Hacı Cavid Sadiqi də bu gün münasibətilə başsağlığı verib, uşaqlara şəhidlərin necə şəhid olmasının təfərrüatlarının danışılmamasının məqsədə uyğun olduğunu bildirib. O daha sonra İŞİD terrorçuları tərəfindən şəhid edilən Xanim Zeynəb ziyarətgahının müdafiəsiçisi Şəhid Höcəcinin həyat yoldaşının əhvalatını danışıb. 

Quran qarisi Hacı İlkindən sonra, məddah Mehdi Dərbəndi İmam Hüseyn haqqında nohə və mərsiyələr oxuyub. Sonda ehsan süfrəsi qurulub. FOTOLAR

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • QANLI AY - TƏSİRLİ MAHNI
     06.01.2019 23:43:40
    Bayramqabağı qiymətlərdən razısınızmı? - SORĞU
    Şəhər sakinləri arasında bayramqabağı qiymətlər barədə sorğu keçirdik. Bəs sizcə, qiymətlər qənaətbəxşdir, yoxsa bahalıqdır?
     29.12.2018 18:17:54
    Uğur qazanmaq üçün nə etmək lazımdır? - SORĞU
    Sizcə, necə uğur qazanmaq olar?
     23.12.2018 22:58:57

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ