Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:14.01.2022 16:32:00

Özünü Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifəli şəxsi kimi təqdim edərək aldatma yolu ilə vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirən şəxs həbs oluub.

Azərbaycanda vətəndaşlara qarşı dələduzluq edən saxta prokuror həbs olunub.

Bu barədə İslamazeri.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, özünü Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifəli şəxsi kimi təqdim edərək aldatma yolu ilə vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirən Abasov Tural Məharət oğlu barəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla Tural Abasovun ayrı-ayrı vətəndaşlara özünü qeyd edilən ixtisaslaşdırılmış prokurorluq orqanının əməkdaşı kimi təqdim etməklə guya məhkəmə sistemi, mərkəzi icra hakimiyyəti orqanları və digər bu kimi dövlət qurumlarının yuxarı vəzifəli şəxsləri ilə olan yaxın əlaqələrindən istifadə edərək onların məhkəmə hökmü ilə azadlıqdan məhrum edilən yaxınlarının azadlığa buraxılması, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, habelə xəstəliyə və aztəminatlılığa görə müavinət təyin edilməsinə köməklik göstərilməsi adı altında həmin şəxslərə məxsus ümumilikdə 50 min 800 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, bu qanunsuz hərəkətləri ilə vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanan sübutlarla Tural Abasova Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Vətəndaşlara qarşı dələduzluq edən saxta prokuror həbs edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa yoluxan şagirdlərin sayı məlum olub
    Həmin müddət üçün COVID-19-a yoluxan işçi heyətin sayı isə 73 olub.
     24.01.2022
    Amnistiya Aktı ilə cərimə cəzasından azad edilən şəxslərin sayı açıqlanıb
    Həmin şəxslər 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad olunublar.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ