EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:31.01.2019 12:51:29

Burada Qarabağ şəhidlərinin şəxsi əşyaları saxlanılır.

Mingəçevirdə şəhidlərin xatirəsini yaşadan bir muzey fəaliyyət göstərir. Burada Qarabağ şəhidlərinin şəxsi əşyaları saxlanılır. Muzeydə nümayiş olunan hər bir əşyada bir şəhidin imzası və onu xatırladan bir nüans var. Bu əşyaların əksəriyyəti şəhid ailələri tərəfindən muzeyə hədiyyə olunub.

Bu muzeyin eksponatları arxeoloji qazıntılar nəticəsində aşkarlanan hansısa qədim təsərrüfat alətləri deyil. Burada Vətən uğrunda şəhid olmuş oğulların şəxsi əşyaları, şəkilləri, hətta musiqi alətləri qorunub saxlanılır.

Mingəçevirdə 24 ildir fəaliyyət göstərən Şəhidlərin xatirə müzeyində 328 şəhidin 2 minə qədər əşyası qorunur. Müzeyin əməkdaşı, şəhid bacısı Mətanət İsmayılova eksponatların muzeyə şəhidlərin ailələri tərəfindən təqdim edildiyini bildirdi. Nümayiş olunan əşyalar arasında musiqi alətləri, ətir, açılmış güllələr daha çox diqqət çəkir.

Şəhidlərin xatirə müzeyində nümayiş edilən eksponatlar arasında aprel döyüşlərində şəhid olmuş Vətən oğullarının da şəxsi əşyaları var. Onların keçdikləri döyüş yolunu əks etdirən fotoşəkillər, hərbidə istifadə edilən geyimlər müzeydə nümayiş etdirilir. Burada həm də şəhid olan polis əməkdaşlarının əşyaları var.

Mingəçevirdə 1995-ci ildən fəaliyyət göstərən Şəhidlərin xatirə müzeyinə maraq böyükdür. Şəhərə gələn turistlər və yerli sakinlər, əsasən də məktəblilər buranı tez-tez ziyarət edirlər. (Xəzər TV)


Vətən uğrunda şəhid olanların muzeyi yaradıldı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Penitensiar Xidmətin şikayəti əsasında vəkilin fəaliyyətinə xitam verilib
    Hüquqşünas qərarın ləğvi üçün apellyasiya instansiyasına müraciət edəcəyini bildirib.
     23.02.2019
    YPG 150 İŞİD terrorçusunu İraqa təslim etdi
    Suriya kürdlərinin təşkilatı YPG 150-ə qədər İŞİD terrorçusunu İraq ordusuna təslim etdi.
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ