Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:8.12.2021 16:11:53

Bakıda 20 yaşlı oğlan özünü metroda yandırmağa cəhd edib.

İslamazeri.com xəbər verir ki, hadisə ötən gün saat 21 radələrində “Gənclik” metrostansiyasında qatar hərəkət edərkən baş verib.

2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Daxili İşlər Nazirliyi (DİN) də Bakı metrosunda intihara cəhd hadisəsi ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Vətən müharibəsi iştirakçısının intihara cəhdinin qarşısı polisin çevik müdaxiləsi ilə alınıb:

“Sosial şəbəkə seqmentlərində ona qarşı zorakılıq edilməsi iddiaların səsləndirilməsi manipulyativ məqsəd daşıyır. Qəti olaraq, diqqətə çatdırıram ki, polisə heç cinayətkara qarşı zorakılıq etmək imtiyazı verilmir. O ki qaldı, Vətən müharibəsinin iştirakçısına qarşı ictimai yerdə xoşagəlməz rəftar edilsin. Onlar bizim baş tacımızdır, onlara cəmiyyətdə yüksək rəğbət və ehtiram var.

Hadisənin təfərrüatı araşdırılır”.


Vətən müharibəsi iştirakçısı metroda intihara cəhd edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS:
    HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını bildirib.
     22.01.2022
    DSX-nın hərbi qulluqçusu intihar edib
    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
     22.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ