1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:13.06.2019 14:57:03

Bu haqda UNICEF-in Uşaq Fondu məlumat yayıb.

İslamazeri.com-un “Islam.ru”-ya istinadən verdiyi xəbərə əsasən, Yəməndə hər iki saatdan bir 6 körpə və 1 zahı (təzəcə dünyaya uşaq gətirmiş qadın) dünyasını dəyişir.

Bu haqda UNICEF-in Uşaq Fondu məlumat yayıb.

Məlumata görə, Yəməndə körpə və zahılar arasındakı ölüm hallarının səbəbi hamiləlik və doğuş zamanı olan ağırlaşmalardır.

Əlavə edilir ki, Yəmən - müharibə nəticəsində Yaxın Şərqin ən yoxsul ölkələrindən birinə çevrilib.

“Zahılar və körpələr Yəmən əhalisinin ən zəif hissəsinə çevriliblər. Zahı və körpələrə göstərilən tibbi xidmətlər demək olar ki, sıfır həddindədir və yerdə qalan xidmətlər isə yox olmaq səviyyəsindədir. Hamiləlik və doğuşdakı ağırlaşmalara görə Yəməndə hər iki saatdan bir 1 zahı və 6 körpə həyatını itirir”, - deyə sənəddə deyilir.

Həmçinin qeyd edilir ki, kasıblığa görə qadınlar bir çox hallarda doğuşu evdə edirlər.


Vəhabilərin Yəmən müharibəsi: Hər gün onlarla körpə ölür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ