EURO 1,9187 NEFT 66,39
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:12.11.2018 12:40:06

Şabran rayonunda 6 nəfər bir şəxsi döyərək öldürüb.

Şabran rayonunda 6 nəfər bir şəxsi döyərək öldürüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, onlar psixoloji problemləri olan 25 yaşlı Murad Soltanovu bədənindən “cin çıxarmaq” üçün döyüblər.

Məlumata görə, M. Suoltanov Bakının Binəqədi rayonunda yaşayıb. Atası Şahin Şabranda belə bir müalicə üsulu olduğunu öyrənib və noyabrın 9-da oğlunu ora aparıb. Həmin gün “cin çıxartma” prosesi saat 22 radələrindən başlayaraq 2 saat davam etdirilib və bu müddət ərzində onu çubuqla döyüblər.

M.Soltanovdan “cin çıxaran” şəxslər isə Şabran rayon sakinləri Fizuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov olub. Onlar prosesi V.İbrahimovun Ali Mustafayev küçəsi ev 19-da yerləşən mənzilində həyata keçiriblər. M.Soltanovun meyiti də həmin evdən tapılıb.

25 yaşlı gənci öldürən şəxslərin vəhhabi təriqətinin üzvləri olduqları bildirilir.

Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.


Vəhabilər Şabranda 25 yaşlı gənci “cin çıxartma” adı ilə döyüb öldürdülər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Laricani: Biz nüvə sazişinə sadiqik, ABŞ sözünü tutmadı
    Əli Laricani Yaponiya təmasları çərçivəsində Baş Nazir Şinzo Abe ilə görüşüb.
     15.02.2019
    Fələstinlilərin 47-ci “Geri qayıdış” yürüşləri keçirildi: Yaralılar var - FOTO
    Aksiyalar zamanı bir İsrail hərbçisinin kəllə-beyin travması aldığı önə çəkilir
     15.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ