EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:15.05.2019 11:00:51

Yəmən Ordusu Səudiyyə Ərəbistanının Əl-Şərqiyyə və Yanbu bölgələri arasındakı neft-ayırma zavodunun neft kəmərini hədəfə alıb.

İslamazeri.com "almasirah" portalına istinadən xəbər verir ki, Yəmən Ordusu Səudiyyə Ərəbistanının Əl-Şərqiyyə və Yanbu bölgələri arasındakı neft-ayırma zavodunun neft kəmərini hədəfə alıb.

Yəmən Ordusunun mətbuat katibi Yəhya Sarih açıqlama verərək, Səud rejiminin Yəmn xalqına qarşı hücumları davam edəcəyi təqdirdə, bu cür hücumların artacağını bildirib.

"Ordumuz bütün imkanlarından istifadə etməklə, mülki vətəndaşlar istisna olmaqla  Səudiyyəli düşmənimizin strateji və həssas nöqtələri hədəfə məruz qalacaq", -deyə Ordu rəsmisi qeyd edib.

Məlumat üçün bildirək ki, 7 pilotsuz aparatla Səudiyyənin Şərqiyyə, Dudmi, Əfuf, Yanbu yaxınlığındakı 7 müxtəlif neft obyekti, buruq və boru-kəmərləri Yəmən Ordusu tərəfindən hücuma məruz qalıb. Gündəlik 3 milyon barel neft istehsal edən Yanbu  yaxınlığındakı borunun fəaliyyəti dayandırılıb və təhlükəsizlik tədbirləri artırılıb.

Ərəb mediası Yəmənə aid pilotsuzların bu qədər uzaq məsafədən əməliyyat keçirilməsini gözləmədiklərini gizlətməyiblər, ekspert rəyləri hücumların ciddi mesaj olduğunu təsdiqləyib. Hökumətin nəzarətində olan Saudi Aramco şirkəti bildirib ki, dronlar ciddi dağıntıya səbəb olmasa da, boru kəmərləri təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanıb. Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih neft istehsalı və ixracının kəsilməyəcəyini bildirib.


Vəhabi krallıq təşvişdə: Yəmən Ordusu Səudiyyənin neft borularını hədəfə aldı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qalibaf kimdir?
     28.05.2020
    Müslüm İbni Əqilin Kufəyə getməsi
    Bu gün Həzrəti İmam Hüseyn (ə) Kəbədən ayrılaraq Kufəyə üz tutur
     28.05.2020
    İran Parlamentinin spikerinə iki azərbaycanlı müavin təyin edildi
    Qalibaf 2008-ci ildən parlamentin sədri postunu tutan Ə.Laricanini əvəz edəcək.
     28.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ