EURO 1,9801 NEFT 72,65
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:24.11.2017 18:12:58

Səud rejimi kralının oğlu "The New York Times"-a müsahibə verib.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Yəməndə uşaq, qadın, yaşlı fərqi qoymadan dinc və günahsız insanların qanını axıdan, vəhşilik və qəddarlığı ilə seçilən İŞİD və “Əl-Qaidə” kimi terror təşkilatlarının sponsoru olan Səud rejiminin vəliəhd şahzadəsi Muhəmməd bin Salman İranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneini “Yaxın Şərqin yeni Hitleri” adlandırıb.

“Avropanın misalında biz bildik ki, sakitləşdirmə və barışdırma siyasəti işlək deyil. Biz istəmirik ki, İrandakı yeni Hitler Avropada baş verənləri Yaxın Şərqdə təkrarlasın.”, - deyə vəhabi krallığın şahzadəsi bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi ərəb koalisiyası Yəməndə bu ölkənin xalqına qarşı müharibə aparır. Sözügedən ittifaq indiyədək onminlərlə günahsız insanı qətlə yetirib və yaralayıb; ölkə infrastrukturu, o cümlədən də həyati əhəmiyyətə malik xəstəxanalar, su və ərzaq anbarları, məktəblər bombalanaraq məhv edilir. Bunun nəticəsində də Yəməndə xəstəliklər yayılır, 1 milyona yaxın insan vəba xəstəliyinə tutulub, milyonlarla insan aclıq səbəbi ilə ölümlə üz-üzədir. Həmçinin Səud rejiminin son blokadası nəticəsində də Yəmən paytaxtı və ətrafında milyonlarla insan susuz qalıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında kral Salmanın öz taxtını oğlu vəliəhd şahzadə Muhəmmədə ötürəcəyi haqda xəbərlər yayılır. Hazırda bunun üçün ölkədə münasib zəmin yaradılır; buna misal olaraq ölkədəki siyasi hakim ailə ilə razı olmayan şəxslərin həbsini və bu yaxınlarda baş vermiş “anti-korrupsiya” əməliyyatını göstərmək olar.


Vəhabi kralının oğlundan Ayətullah Xameneiyə təhqir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hacı Şahin Həsənli Adnan Oktardan danışdı
    Türkiyədə bir müddətdir həbs olunan Adnan Oktarla bağlı İslamazeri.com ölkənin tanınmış ilahiyyatçısı, "Məşədi Dadaş" məscidinin imamı Hacı Şahin Həsənlinin fikirlərini öyrənib
     19.07.2018
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    Bu günün 3 önəmli xəbəri
     19.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ