EURO 1,9005 TRY 0,2798
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:03.10.2018 19:33:09

Naxçıvanda dini icmalar üçün xidməti avtomobillər verilib.

Naxçıvanda dini icmalar üçün xidməti avtomobillər verilib.

İslamazeri.com xəbər verir ki, maşınlar Babək qəsəbəsində məscid və mərasim evinin istifadə verilməsi zamanı təqdim olunub.

Açılışda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, Azərbaycan Konstitusiyasına əsasən din dövlətdən ayrıdır. “Lakin buna baxmayaraq dövlətimiz dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına qayğı göstərir, dindarlar üçün hərtərəfli şərait yaradır. Dindarlarımız isə ölkəmizdəki sabitliyin qorunmasına, İslam dininin olduğu kimi təbliğinə xüsusi diqqət yetirirlər. Birgə fəaliyyətin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri qarşılıqlı anlaşma və hörmət əsasında qurulub”.

Ali Məclisin Sədri bu sahədəki fəaliyyətə görə muxtar respublika dindarlarına təşəkkür edib.

Sonda V. Talıbov Şərur, Babək və Ordubad rayonlarının dini icmalarının rəhbərlərinə “NAZ Lifan 330” markalı xidməti avtomobillərin açarlarını təqdim edib.





Vasif Talıbov din xadimlərinə maşın hədiyyə etdi: “Din dövlətdən ayrıdır, lakin...” - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ramazan ayının 14-cü gününün duası
    Ramazan ayının 14-cü gününün duasını təqdim edirik:
     20.05.2019
    İsraildə dindar yəhudilər Eurovision-a etiraz olaraq aksiya keçirdilər: Polislər yaralandı
    Məlum olduğu kimi Tel-Əvivdə (İsrail) "Eurovision-2019" mahnı müsabiqəsi keçirilir
     19.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ