EURO 1,9163 TRY 0,2477
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:25.01.2020 13:35:19

Radikal yəhudilərin məscid və evlərə ilk hücumu deyil

İsrail polisi cümə günü Qüdsün ətrafında Əl-Bədriyyə məscidinə od vurublar və divarda İvrit dilində yazılmış qrafiti ilə bağlı istintaq apardıqlarını açıqlayıb.

İslamazeri.com Palinfo-ya istinadən xəbər verir.

Xəbərə görə, qrafitini çözmək çətin olub, lakin yazının ultramillətçi israillilər tərəfindən yazıldığı güman edilir. Yazıda müsəlmanlar və İslam əleyhinə şüarlar yazılıb. Yazının bir hissəsində “Yəhudilər (üçün) yıxmaq? Düşmənləri yıxmaq!” qeyd edilib.

Məscid şərqi Qüdsdə yerləşən Beyt Safafa adlı ərəb məhəlləsində yerləşir.

İsrail 1967-ci ildə Yaxın Şərq müharibəsində Qərb Sahili ilə birlikdə şərqi Qüdsü də işğal edib.

Fələstinlilər hər iki bölgəni gələcək dövlətlərinin bir hissəsi olmasını istəyir.

Sərt xətt tərəfdarı israilli millətçiləri daha öncə Qərb sahilində və Qüdsün şərqində fələstinlilərə və onların mülklərinə hücumlarda iştirak ediblər.


Vandallar Qüdsdə məscidi yandırıblar - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Shafaqna Azərbaycanca” fəaliyyətə başladı - MÜSAHİBƏ
    Ayətullah Şəhristaninin Gürcüstan təmsilçisi, Alulbayt Gürcüstanın rəhbəri Hacı Faiq Nəbiyevlə müsahibə...
     10.07.2020
    Rusiyada ildırım daha bir kilsəni yandırdı -Yanma anının videosu
    Yanğının söndürülməsi prosesinə 14 insan və 5 ədəd texnika cəlb edilib.
     10.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ