Vaizi qonşularla əlaqələri inkişaf etdirmənin İranın strateji siyasəti olduğunu bildirib.

İran Prezidentinin Özəl Qələm Müdiri Mahmud Vaizi yüksək səviyyəli siyasi və iqtisadi bir heyətin müşayiətiylə Türkmənistanın paytaxtı Aşqabada gedib.
İslamazeri.com xəbər verir ki, Vaizi və başçılıq etdiyi nümayəndə heyəti Aşqabadda Türkmənistanda Prezident Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Görüşdə Vaizi Prezident Ruhaninin yazılı mesajını türkmən liderə təslim edib.
Vaizi qonşularla əlaqələri inkişaf etdirmənin İranın strateji siyasəti olduğunu bildirib.
Görüşdə türkmən lider Berdiməhəmmədov da ölkəsinin İran ilə iqtisadi əlaqələr başda olmaqla bütün sahələrdə əlaqələri inkişaf etdirməyi müsbət qarşıladığını vurğulayıb.
Vaizi: Qonşularla əlaqələri inkişaf etdirmək İranın strateji siyasətidir