EURO 1,9105 TRY 0,2917
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:21.03.2019 19:12:06

"Forbes" 2018-ci ildə aktivlərin satışından və dividendlərdən ümumilikdə 11 milyard dollardan çox qazanan rusiyalı milyarderlərin reytinqini tərtib edib

"Forbes" 2018-ci ildə aktivlərin satışından və dividendlərdən ümumilikdə 11 milyard dollardan çox qazanan rusiyalı milyarderlərin reytinqini tərtib edib.

"Report" nəşrin saytına istinadən xəbər verir ki, siyahıya "Maqnit"in yaradıcısı Sergey Qalitski (2,44 milyard dollar) rəhbərlik edir.

İlk üçlükdə həmçinin "Oneksim" qrupunun sahibi Mixail Proxorov (1,77 milyard dollar) və Novolipetsk Metallurgiya Kombinatının (NLMK) rəhbəri Vladimir Lisin (1,59 milyard dollar) qərarlaşıb.

"LUKoil" şirkətinin başçısı Vahid Ələkbərov 740 milyon dollar ilə "Forbes"un siyahısında 7-ci yeri tutub.

Reytinqdə həmçinin "Severstal" şirkətinin rəhbəri Aleksey Mordaşov (1,46 milyard dollar), "USM Holdings"in təsisçisi Əlişir Usmanov (1,12 milyard dollar), "Norilsk nikeli"nin rəhbəri Vladimir Potanin (1,12 milyard dollar), "Renova"nın sahibi Viktor Vekselberq (710 milyon dollar), "Evraz"ın əsas səhmdarı Roman Abramoviç (600 milyon dollar) və iş adamı Süleyman Kərimov (490 milyon dollar) yer alıblar.


Vahid Ələkbərov rusiyalı milyarderlərin "TOP-10"luğunda 7-ci oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda dənizdən qadın meyiti tapılıb - FOTOLAR (18+)
    Aprelin 17-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan 25-35 yaşlarında naməlum qadın meyiti tapılıb.
     19.04.2019
    Orqan alverinin qurbanları məhkəmədə şikayətlərinin olmadığını dedilər
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində orqan alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
     19.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ