1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:06.07.2020 15:29:07

ÜST Rusiyanın COVID-19 əleyhinə peyvəndi ilə maraqlanır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın COVID-19 əleyhinə peyvəndi ilə maraqlanır.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bunu RİA Novosti-yə ÜST-ün baş elmi işçisi Sumiya Svaminatan deyib.

"Biz bilirik ki,  avifavirin (koronavirus dərmanı - red.) testləri aparılır. Dərmanın iki və ya üç testi aparılır və biz nəticələri gözləyirik. Lakin bundan başqa, bizi Rusiya vaksini də maraqlandırır", - o bildirib.

Rusiya Səhiyyə Nazirliyi COVID-19-un müalicəsi üçün iki dərmanı – Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun və "XimRar" şirkətinin istehsalı olan "Avifavir" və "Promomed" şirkəti tərəfindən istehsal olunan "Areplivir" dərmanlarını təsdiq edib.

Svaminatan xatırladıb ki, ÜST-ün koronavirus dərmanları və vaksinləri haqqında məlumat mübadiləsi üçün "Həmrəylik testləri" proqramı var. O, həmçinin Rusiya alimlərinin əməkdaşlığa razılıq verəcəyinə ümidvar olduğunu bildirib.

Hazırda Rusiya "Həmrəylik testlərində" iştirak etmir. Proqrama ABŞ, Böyük Britaniya, Çin və Fransa da qoşulmayıblar.

Bundan əlavə, Qamaleya Elmi Araşdırma Mərkəzi tərəfindən yaradılmış peyvənd hazırda Rusiya Müdafiə Nazirliyi ilə birlikdə sınaqlardan keçirilir. Nazirlik iki həftəlik testlərdən sonra könüllülərin sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib. Paralel olaraq sınaqlar Seçenov Universitetində keçirilir. Bundan başqa, "Vektor" Mərkəzinin Baş direktoru Rinat Maksyutov RİA Novosti-yə məlumat verib ki, mərkəzdə hazırlanmış koronavirus peyvəndinin üç prototipi sınaqlardan uğurla keçib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 10,9 milyondan çox yoluxma faktı qeydə alınıb, 523 mindən çox insan dünyasını dəyişib.


ÜST Rusiyaya koronavirus peyvəndinə görə ağız açdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan sərhədini qeyri-qanuni keçən əcnəbilər saxlanılıb - VİDEO
    Onlar 4-5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
     14.08.2020
    Ərəb Əmirliyi İsraillə əlaqələri rəsmi olaraq normallaşdırdı - İLK REAKSİYALAR
    Razılaşma sənədində İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.
     14.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ